
Yenidən A Seriyasında oynaya bilər
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyaya qayıda bilər,
Sportlife.az xəbər verir ki, "İnter" yay transfer pəncərəsində 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Zirkze əvvəllər A Seriyesında "Parma" və "Bolonya" komandalarında çıxış edib.
Forvard bu mövsüm "Mançester Yunayted"də 48 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.