"Yuventus"un hədəfində portuqaliyalı müdafiəçi var

  • 9 Dekabr 2024, 16:33

"Yuventus" qış "transfer pəncərəsində" "Benfika"nın müdafiəçisi Antonio Silvanı transfer etmək istəyir.

Sportlife.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, "qoca sinyora"nın idman direktoru Kristiano Cuntoli gənc futbolçu üçün Lissabon klubuyla və oyunçunun agentiylə danışıqlar aparır. 

Silva cari mövsümdə 11 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

"Transfermarkt" portalına görə 21 yaşlı futbolçunun bazar dəyəri 40 milyon avrodur.


Paylaş: