
Avropa Liqası: “Zirə”nin rəqibi bəlli oldu
Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportlife.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi bəlli olub. Təmsilçimiz “Şerif” (Moldova) klubu ilə üz-üzə gələcək.
Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.