"Bu keçidin uğurlu və ya uğursuz olmasını zaman göstərəcək"

  • Bu gün, 18:14

"Bu keçidin uğurlu və ya uğursuz olmasını zaman göstərəcək".

Bu sözləri Sportlife.az-a açıqlamasında tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.

O, Kadinin "Qarabağ"a qayıdışını şərh edib: "Kadi "Krasnodar"da çıxış edərkən başından zədə almışdı. Mən Rusiya çempionatını yaxından izləyirəm. Həmin zədədən sora performansında eniş yaşandı. Məncə bu səbəbdən Kadi "Ferentsvaroş"a transfer olundu. Yanıla da bilərəm. O, "Qarabağ"da çox uğurlu çıxış edirdi. "Ferentsvaroş"dakı oyunu barədə çox məlumatım yoxdur. Bu qərarı klub rəhbərliyi verib. Yəqin ki, düzgün seçim olar. İstərdim ki, əvvəlki formasına qayıtsın. Yaşayıb görəcəyik".

Qeyd edək ki, "Qarabağ" Kadi Borgeslə 4 illik müqavilə imzalayıb.


Paylaş: