Milli üzvü klubunu dəyişdi
“Utrext”in yarımmüdafiəçisi Teylor But “Tvente”yə keçib.
Sportlife.az xəbər verir ki, transfer 2 milyon avroya başa gəlib. Müqavilə 2028-ci ilin iyununadək nəzərdə tutulub.
Amerikalı "Real Salt Leyk"in yetirməsidir. O, 2019-cu ilin yanvarında "Bavariya"nın akademiyasına keçib. Daha sonra Avstriyanın “Sent Pölten” klubuna icarə verilib. "Utrext" Butla 2022-ci ilin yayında müqavilə imzalayıb. O, Niderland klubunda 58 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. ABŞ milli komandasının da oyunçusudur.