Əfsanəvi cüdoçular Bakıya gəlir

  • Bu gün, 12:59

Dünyanın ən güclü komandalarından biri olan Yaponiya əsas heyəti ilə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

Sportlife.az xəbər verir ki, Yaponiyanın Olimpiya və dünya çempionları Paris Olimpiadasından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər.

Qadınlarda arasında Olimpiya və üçqat dünya çempionları Natsumi Çunoda (48 kiloqram), Uta Abe (52 kiloqram), Olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kiloqram) məharətlərini göstərəcəklər.

Kişilərin mübarizəsində isə Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovla dünya çempionatının finalında qarşılaşan Tatsuki İşihara (73 kiloqram), Olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kiloqram) gücünü sınayacaq. Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də 39 ölkədən ümumilikdə 281 cüdoçu mübarizə aparacaq.


Paylaş: