Yenə "Fənərbağça"nın oyununda

  • Dünən, 18:16

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbuldakı“Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Qeyd edək ki, Məmmədov daha əvvəl də bir neçə dəfə "Fənərbağça"nın oyununa təyinat alıb.


Paylaş: