
Neymar məşqə helikopterlə gedir
"Santos"un hücumçusu Neymar komandanın məşqinə helikopterlə gedib-gəlir.
Sportlife.az xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun hələ Santos ştatında ev almamasıdır.
Buna görə də o, Manqaratibadakı evindən klubun bazasına getmək üçün şəxsi helikopterdən istifadə edir.
Futbolçunun nümayəndələri bazayanın yerləşdiyi ərazidə malikanə almaq üçün çalışırlar.