"Milan" yeni transferini açıqladı

  • Dünən, 18:55

İtaliyanın "Milan" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Portuqaliya millisinin hücumçusu Joau Feliksi transfer edib.

26 yaşlı forvard cari mövsümün sonunadək A Seriyası klubunun şərəfini qoruyacaq. O, yeni komandasında 79 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Joau Feliks müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsusdur.


Paylaş: