Enrike rusiyalı qapıçıdan razı qaldı

  • Bu gün, 14:09

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Kubokunun 1/8 finalında "Le Man"a qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın rusiyalı qapıçısı Matvey Safonovun çıxışını da dəyərləndirib.

"Le Man" bir-iki qol vura bilərdi. Onların şansları var idi, lakin Safonov əla seyvlər etdi. Kubok çətin turnirdir. Liqa 1-in bir çox komandası artıq mübarizədən kənarlaşdırılıb. Oyun çətin keçdi. Bizdən başqa heç bir komanda öz matçında bir top fərqi ilə qalib gəlmədi".


Paylaş: