"Ayaks" yeni qapıçı aldı

  • Bu gün, 15:42

"Braqa"nın qapıçısı Mateus "Ayaks"a keçib.

Sportlife.az xəbər verir ki, Amsterdam klubu 32 yaşlı qolkiperi mövsümün sonuna kimi icarəyə götürüb. Braziliyalının bazar dəyəri 5 milyon avrodur. O, 2014-cü

ildən "Braqa"da çıxış edir. Qapıçı bu komandanın heyətində 372 oyun keçirib və 423 qol buraxıb, 119 matçda isə qapısını toxunulmaz saxlayıb.


Paylaş: