
Kubokun təyinatları bilindi
"Araz-Naxçıvan" və PFL komandaları arasında baş tutacaq futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.
Sportlife.az xəbər verir ki, mövsümün son matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcəklər.
Görüşün hakim-inspektoru Füzuli Nəcəfov olacaq.
Qeyd edək ki, qarşılaşma iyunun 5-də, "Olimpik Star"da saat 14:00-da start götürəcək.