Millimizin oyununun vaxtı və məkanı bəlli oldu

  • 29 Aprel 2024, 18:31

Azərbaycan millisinin iyunun 7-də Albaniya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib. 

Sportlife.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, matç  Macarıstanda “Haladas SportKomplexum” stadionunda olacaq.

 

 

Paylaş: