"Neftçi" cavab gözləyir

  • Bu gün, 15:58

"Neftçi" Serbiya "Partizan"ının sabiq futbolçusu Nemanya Qlavçiç ilə danışıqlar aparır.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" 28 yaşlı yarımmüdafiəçinin ilinə 220 min dollar təklif edib.

Lakin serbiyalı oyunçu hələlik Bakı klubuna keçməyə razılıq vermir. Başqa təklifləri nəzərdən keçirən Qlavçiç "Neftçi"yə konkret olaraq "yox" deməyib. O, bakılıların təklifini son variant kimi əlində saxlayır.

Qeyd edək ki, son komandası Yunanıstan "Volos"u olan futbolçu ölkəsinin "Teleoptik", "Spartak", "Slaven Belupo" və Rusiyanın "Ximki" klublarında da çıxış edib. O, Serbiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinib.


Paylaş: