
"Neftçi"ni yox, bu klubu seçdi
"Neftçi"nin təklif göndərdiyi Rumıniyanın "Universitatya" (Krayova) klubunun futbolçusu Takuto Oşima bundan imtina edib.
Sportlife.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ermənistan klubuna üstünlük verib. O, "Noa" komandası ilə anlaşıb. Son ölkə çempionu bu keçid üçün qarşı tərəfə 350 min avro ödəyib.
Bir neçə gün əvvəl Rumıniya mətbuatında "Universitatya"nın “Neftçi”dən 500 min avro təzminat istədiyi yazılmışdı.
Qeyd edək ki, Oşima ötən mövsüm meydana çıxdığı 39 matçda cəmi 1 qol vurub.