"Zirə" Boluya getdi

  • Bu gün, 17:12

“Zirə” Türkiyənin Bolu şəhərinə yollanıb.

Sportlife.az xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək Bakı təmsilçisi təlim-məşq toplanışının ikinci hissəsini qardaş ölkədə keçəcək.

İyulun 17-dək Türkiyədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq.


Paylaş: