"Zirə"nin rəqibindən daha bir qələbə

  • Bu gün, 12:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” növbəti yoxlama oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsində yerli “Radomlje” ilə üz-üzə gəlib.

Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 47-ci dəqiqədə Mikele Şeqo vurub.

Bu, Split klubunun Sloveniya toplanışı çərçivəsində ikinci qələbəsidir. “Hayduk” ilk matçında ÇSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib.

“Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.


Paylaş: