Millimiz AÇ-yə qələbə ilə başladı

  • Bu gün, 10:39

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının B divizionunda mübarizəyə start verib.

Sportlife.az xəbər verir ki, millimiz I tur çərçivəsində Bosniya və Herseqovina ilə üz-üzə gəlib.

Gərgin keçən matç basketbolçularımızın qələbəsi ilə başa çatıb. Qızlarımız bu qarşılaşmada 83:81 (34:23, 12:17, 13:19, 24:22) hesablı üstün olublar.

Qeyd edək ki, millimiz bu gün II turda Ukrayna ilə qarşılaşacaq. Oyun 21:30-da start götürəcək.


Paylaş: