
"Nürnberq"dən Mahirə təşəkkür
"Nürnberq" "Köln"lə (1:2) oyundan əvvəl Mahir Emreliyə xatirə hədiyyəsi təqdim edib.
Sportlife.az xəbər verir ki, mükafatlandırma komandanın bu mövsümdə Almaniya 2-ci Bundesliqasında keçirdiyi son ev matçında təşkil olunub.
"Nürnberq” bununla bağlı şəkli sosial şəbəkə hesabında “Danke Mahir” (Təşəkkürlər, Mahir) sözləri ilə paylaşım edib.
Qeyd edək ki, mövsümün əvvəlində Almaniya klubuna keçən Mahir 23 oyunda 7 qol vurub, 1 ötürmə verib.