“Qarabağ”ın oyunu Türkiyədə canlı yayımlanacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”ın oyunu Türkiyədə də canlı yayımlanacaq.
Sportlife.az xəbər verir ki, TRT 1 kanalı avqustun 20-də Zaqrebdə keçiriləcək və saat 23:00-da baş tutacaq görüşü birbaşa nümayiş etdirəcək.
Qeyd edək ki, ölkəmizdə bu oyunu isə CBC Sport kanalı canlı yayımlayacaq.