“Real” onun üçün 90 milyon ödəməyə hazırdır

  • Bu gün, 15:02

“Real” yayda “Liverpul”un futbolçusu Dominik Şoboşlayini heyətinə qatmağa çalışacaq.

Sportlife.az xəbər verir ki, “kral klubu” 25 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır. Onlar bunun üçün “Liverpul”a 90 milyon avro ödəməyi planlaşdırır.

2023-cü ildən Mersisayd klubunun formasını geyinən macar futbolçunun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, “Liferinq”, “Zaltsburq” klublrında da oynayıb.
 


Paylaş: