ÇL: Rus qolkiper 49 seyv edib
“Bodo-Glimt”in qapıçısı Nikita Xaykin 2025/26 mövsümündə Çempionlar Liqasında ən çox seyv edən qapıçı oldu.
Sportlife.az xəbər verir ki, 30 yaşlı Xaykin səkkiz matçda 49 seyv edərək 15 qol buraxıb.
“Real"ın qapıçısı Tibo Kurtua ikinci, “Marsel"in qapıçısı Xeronim Rulli isə üçüncü olub.
"Bodo-Glimt" Çempionlar Liqasının ümumi turnir cədvəlində 23-cü yeri tutub və pley-off mərhələsində "İnter"lə qarşılaşacaq.