Arteta: “Şübhəsiz ki, o, uğur qazanacaq”

  • Bu gün, 16:59

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın yarımmüdafiəçisi Martin Odegaard barədə danışıb. 

Sportlife.az xəbər verir ki, İspan mütəxəssis bunları deyib:

"Odegaard digər mövsümlərdə olduğundan daha az dəqiqə oynayıb, çünki üç dəfə zədələnib. Biz bunu yaxşılaşdırmaq istəyirik. Əlbəttə ki, oyun qazana biləcəyimiz zonada təsir göstərməsini istəyirik. Amma siz Martini və onun hər gün necə işləməsini bilirsiniz. Şübhəsiz ki, o, uğur qazanacaq".

Norveçli futbolçu bu mövsüm çıxdığı 25 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.


Paylaş: