Almaniya klubu məşqçisini istefaya göndərdi
Almaniyanın “Verder Bremen" klubunun baş məşqçi Horst Steffen istefa verib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“Bu, çətin bir qərar idi, amma artıq Horstun uzun qələbəsiz seriyadan sonra bizim üçün doğru insan olduğuna əmin deyilik. İdman vəziyyətimizi və son müzakirələri təhlil etdikdən sonra bu nəticəyə gəldik. Buna görə də, Horstu vəzifələrindən azad etmək qərarına gəldik. Yeni baş məşqçi tapmaq üçün intensiv işləyirik”
Komanda turnir cədvəlində 15-ci yerdədir. Köməkçi məşqçilər Rafael Duarte və Kristian Qross müvəqqəti olaraq komandaya rəhbərlik edəcəklər.