“Real”dan Alkarasa təbrik

  • Bu gün, 18:46

“Real" ispan tennisçi Karlos Alkarası təbrik edib. 

Sportlife.az xəbər verir ki, final görüşündə 22 yaşlı idmançı 24 qat Böyük Dəbilqə çempionu serbiyalı Novak Cokoviçi məğlub edib. Qarşılaşma 2-6, 6-2, 6-3, 7-5 hesabları ilə başa çatıb.

“Kral klubu”nun təbrik mesajı:
Hörmətli Karlos Alkaraz, ilk Avstraliya Açıq Çempionatı və yeddinci Böyük Dəbilqə titulunuz münasibətilə təbrik edirik. Siz dünyanın bir nömrəli tennisçisi olaraq qalırsınız. Biz, Real Madrid azarkeşləri, sizinlə fəxr edirik. Təbrik edirik, çempion!"

Bildirilir ki, Alkaras “Real” azarkeşidir.


Paylaş: