MS-nin futbolçusu klubunu dəyişdi

  • Bu gün, 17:55

“Mançester Siti"nin qapıçısı Stefan Orteqa "Nottingem Forest"ə transfer olunub.

Sportlife.az xəbər verir ki, alman qolkiper üçün “şəhərlilər”ə 500 min funt-sterlinq ödənilib.

Orteqa "Mançester Siti"yə 2022-ci ilin yayında qoşulub. O, bu mövsüm bir dənə də olsun oyun keçirməyib. 

Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.


Paylaş: