“Şamaxı" - "İmişli" matçında qol vurulmadı, "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın etdi

  • Dünən, 20:32

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, "Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib və görüş heç-heçə başa çatıb.

"Araz-Naxçıvan" isə "Qarabağ"ın qonağı olub. Ağdam klubu rəqibinə böyük hesabla qalib gəlib.

Turun qalan oyunları martın 9-da və 10-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
23-cü tur

8 mart

"Şamaxı" - "İmişli" 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Həşimov 
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu

"Qarabağ" - "Araz-Naxçıvan" 6:0
Qollar:
Montiel 15(p), Andrade 33,36, Duran 64 (p), 90, Musa Qurbanlı 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu


Paylaş: