Rusiya millisinin sabiq baş məşqçisi Azərbaycana keçə bilər

Rusiya millisinin sabiq baş məşqçisi Azərbaycana keçə bilər

  • 1 Dekabr 2023, 16:48

“Spartak”ın və Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçisi  ola bilər.

Sportlife.az "Legalbet"ə istinadla xəbər verir ki , Azərbaycan Futbol Federasiyası 60 yaşlı rusiyalı mütəxəssislə danışıqlar aparır. 

Bildirilir ki, Azərbaycan millisi Çerçesovdan başqa, Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşin namizədliyi nəzərdən keçirir.

Xatırladaq ki, Çerçesovun son klubu ötən yay Çempionlar Liqasının təsnifat mərhələsində uğursuz çıxışına görə qovulduğu macar "Ferencvaros" olub.

 


Paylaş: