Azərbaycan millisi dünya çempionu oldu
Azərbaycanın tamblinq üzrə millisi İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Sportlife.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov batut gimnastikası və tamblinq üzrə dünya çempionatında yenidən öz titullarını qorumağı bacarıb.
Nəticədə, Azərbaycan komanda hesabında dünya çempionu adını qazanıb.