Avropa Olimpiya Təsnifat turniri: Daha bir güləşçimiz yarışla vidalaşıb

  • 6 Aprel 2024, 12:48

Azərbaycanın daha bir qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində çıxışını başa vurub.

Sportlife.az xəbər verir ki, o, 57 kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulub.

İdmançı ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Mariya Stadnik (50 kq) isə yarımfinala yüksəlib.


Paylaş: