“Neftçi”yə can qoyan futbolçuya qarşı HÖRMƏTSİZLİK: “Bakcell Arena”da QALMAQAL
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Neftçi” - “Keşlə” oyununda qalmaqal yaşanıb.
Sportlife.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın sabiq futbolçusu, hazırda “Keşlə”də məşqçi kimi çalışan Rəşad Sadiqov “Bakcell Arena”da baş tutan görüş zamanı VİP sektorda “Neftçi”nin mühafizəçiləri ilə mübahisə edib.
Mübahisə mühafizəçilərdən birinin Sadiqov haqqında "Rəşad da buranı bazara çevirib" deməsinə görə başlayıb. Belə ki, Sadiqov bunu eşidib və öz etirazını bildirib. O, “mən bu kluba görə illərlə canımı qoymuşam. Bu nə hörmətsizlikdir”, deyə narazılığını çatdırıb.
Vəziyyətin gərginləşdiyini görən “Neftçi” rəsmilərindən Elnur Eyvazov məsələyə qarışıb. Məhz onun müdaxiləsindən sonra tərəflər arasındakı söz atışması başa çatıb.