
"Kəpəz"in 2 rəqibi bilindi
Yeni mövsüm üçün hazırlığı davam etdirən “Kəpəz” komandasının yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.
Klubdan Sportlife.az-a verilən məlumata görə, Gəncə təmsilçisi iyulun 21-də "Qəbələ", 26-da isə "Şamaxı" ilə qarşılaşacaq.
Hər iki matç Qəbələdə təşkil olunacaq.