
Rusiyalı futbolçuya sərt cəza
Rusiyanın "Soçi" klubunun futbolçusu Vladimir Pisarski 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
Sportlife.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar çıxarıb.
Hücumçunun diskvalifikasiyasının üç ili şərti olacaq. Beləliklə, forvard 2026-cı ilin yayınadək ölkənin heç bir peşəkar komandasında çıxış edə bilməyəcək.
Vladimir Pisarski komandasının oyunlarına mərc etməkdə ittiham olunub.