"Napoli" istəyir, "Bolonya" satmır

  • Dünən, 13:31

"Napoli" "Bolonya"nın müdafiəçisi Sem Bekemanı transfer etməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, qarşı tərəf 26 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.

Eyni zamanda "Bolonya" iyunun əvvəlində futbolçuya onu satmaq istəmədiklərini bildirib və müqavilənin uzadılmasını təklif ediblər.

Ötən mövsüm Bekema "Bolonya"nın heyətində 47 matçda 2 məhsuldar ötürmə edib.


Paylaş: