"Liverpul" qərarını dəyişdirdi

  • Dünən, 16:11

"Liverpul" Luis Diasın gələcəyi ilə bağlı qərar verib.

Sportlife.az xəbər verir ki, Mersisayd klubu "Bavariya"nın 28 yaşlı futbolçu üçün təklifini rədd edib.

"Qırmızılar" Diası satmaq niyyətində olmadığını bildirib. Baş məşqçi Arne Slot növbəti mövsümdə də kolumbiyalıya güvənəcək.

Dias ötən mövsüm 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.


Paylaş: