"Traktor"un ÇL oyunlarlı "İdman TV"də

  • Dünən, 18:32

“İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.

Sportlife.az xəbər verir ki, tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor"un hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.

Qeyd edək ki, bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.


Paylaş: