Debütant afrikalıya "elçi düşdü"

  • Dünən, 14:49

İngiltərə Premyer Liqasında yüksələn "Sanderlend" "Union"un yarımmüdafiəçisi Noa Sadikini transfer etməyə yaxındır.

Sportlife.az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan 20 yaşlı futbolçunun transferi 20,5 milyon avroya başa gələcək.

Ötən mövsüm Sadiki Belçika klubu ilə 55 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, onun Brüssel təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir.


Paylaş: