
"Sabah"da yeni müqavilə
“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.