
Rüdigeri yalançı adlandırdı
"Paçuka"nın müdafiəçisi Qustavo Kabral klublararası dünya çempionatının qrup mərhələsinin oyununda (1:3) "Real"ın müdafiəçisi Antonio Rüdiqerlə insidenti şərh edib.
Sportlife.az xəbər verir ki, o, rəqibə qarşı irqçilik etmədiyini bildirib: "Mən ona sadəcə qorxaq dedim. Bunun cəzası yoxdur, adi bir sözdür. Görünür, Rüdiger yalan danışmağı sevir".
Qeyd edək ki, Kabralla münaqişədən sonra Rudiger irqçi təhqirlərdən şikayətlənib. FİFA insidentlə bağlı araşdırma aparır.