
Moyze Kin İngiltərəyə köçür
"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 25 yaşlı fubolçu ilə "Mançester Yunayted" maraqlanır. Forvardın müqaviləsində 52 milyon avroluq satınalma maddəsi var.
Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Dəyəri 50 milyon avro qiymətləndirilir.