Millimiz Avropa Kubokunun qalibi oldu

  • Bu gün, 12:51

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

Sportlife.az xəbər verir ki, turnir Azərbaycan yığması üçün uğurlu nəticələnib – idmançılarımız, 1 qızıl, 4 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.

90 kq çəki dərəcəsində finalda azərbaycanlı cüdoçular qarşılaşıblar: Tuncay Şamil komanda yoldaşı və Olimpiya çempionu Zelim Kotsoyevin kiçik qardaşı Aslan Kotsoyevi məğlub edərək çempion olub. Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar.

Bir gün əvvəl isə Nihad Məmişov (60 kq), Mehdi Musayev (66 kq) və Abil Yusubov (73 kq) gümüş, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) bürünc mükafatçı olublar.

Medalların əyarına görə Azərbaycan kişi yığması 34 ölkə arasında birinci yerdə qərarlaşıb. Ümumi komanda hesabında isə millimiz Fransa və Almaniyadan sonra üçüncü olub.


Paylaş: