Nunyesdən "Napoli"yə "yaşıl işıq"

  • Dünən, 17:33

"Liverpul"un hücumçusu Darvin Nunyes "Napoli"yə keçməyə ilkin razılığını verib.

Sportlife.az xəbər verir ki, Neapol təmsilçisinin layihəsi uruqvaylı futbolçunun diqqətini cəlb edib.

Keçidi başa çatdırmaq üçün əsas maneə məsələnin maliyyə tərəfidir. "Liverpul" Nunyesin transferi üçün böyük məbləğ alacağını gözləyir. Belə ki, mersisaydlılar forvardın transferi üçün ən azı 70 milyon avro tələb edir.


Paylaş: