Kuleşa Santuşdan danışdı

  • Dünən, 17:10

Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa millinin sabiq çalışdırıcısı Fernandu Santuşla bağlı danışıb.

Sportlife.az xəbər verir ki, funksioner portuqaliyalı mütəxəssisin Polşa millisində uğursuz olduğunu xatırladıb: 

“Bizə Qaret Sautqeyti təklif etdilər. Amma əsas məsələni unutmamalıyıq. Heç bir əcnəbi məşqçi bizə dünya çempionatına gedəcəyimizə zəmanət verməyəcək. Əgər Sautqeyt bizə belə bir zəmanət versəydi, dərhal onunla müqavilə bağlayardıq. Fernandu Santuş da buna gözəl nümunədir. Uğurlu məşqçi, böyük addır. Hamımız onu alqışladıq. Amma sonda baş verənlər hamımızı təəccübləndirdi və üzücü oldu”.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin baş məşqçisi olan Fernandu Santuş 2023-cü ildə Polşa millisini çalışdırıb.


Paylaş: