"Daha güclü qayıdacağıq"

  • Dünən, 11:34

"Barselona"nın yarımmüdafiəçisi Rafinya UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu daha güclü qayıdacaqlarını bildirib: "Dəstəyiniz üçün hamınıza təşəkkür edirik, biz hələ də birlikdəyik. Mövsüm hələ bitməyib. Bu komanda ilə fəxr edirəm. Sonsuza qədər "Barsa".

Qeyd edək ki, "Barselona" əlavə vaxtda "İnter”ə 3:4 hesabı ilə uduzub.


Paylaş: