Dembele cavab matçında oynayacaqmı?

  • Dünən, 16:12

PSJ-nin hücumçusu Usman Dembele zədəsini sağaldıb.

Sportlife.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının yarımfinalında "Arsenal"la cavab oyununda iştirak etməyə hazırlaşır. Bu barədə parislilərin baş məşqçisi Luis Enrike məlumat verib.

Dembele “Arsenal”la ilk oyunda (1:0) bud nahiyəsindən zədə aldığı üçün komanda ilə məşq etmirdi. Dembele həmin oyunda yeganə qolu vurub, lakin sonradan zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

Bu mövsüm Dembele PSJ-nin heyətində 45 oyun keçirib, 33 qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: