"Çelsi" yeni hücumçu aldı

  • Dünən, 18:55

"Çelsi" "Brayton"un hücumçusu Joao Pedronu heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, futbolçu ilə 2033-cü ilə qədər müqavilə imzalanıb.

Braziliyalı forvard yeni komandasına klublararası dünya çempionatının 1/4 final mərhələsinin "Palmeyras"la oyunundan əvvəl qoşulacaq.

İddiaya görə, transfer "Çelsi"yə ümumilikdə 60 milyon funt-sterlinqə başa gəlib.

Pedro ötən mövsüm "Brayton”da 30 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: