"Çelsi"dən "Arsenal"a növbəti keçid?

  • Dünən, 17:30

"Arsenal" "Çelsi"nin yarımmüdafiəçisi Noni Maduekenin transferində maraqlıdır.

Sportlife.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, artıq 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlanılıb.

Daha əvvəl "Çelsi"nin baş məşqçisi Enzo Mareska Maduekenin yeni mövsüm üçün onun planlarına daxil olduğunu bildirmişdi.

Yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 42 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilə qədərdir.

Qeyd edək ki, "Arsenal" daha əvvəl "Çelsi"dən qapıçı Kepa Arrisabalaqanı transfer edib.


Paylaş: