Haraldsson "canavar" ola bilər

  • Bu gün, 10:59

"Roma" "Lill"in yarımmüdafiəçisi Arnar Haraldssonu transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, islandiyalı futbolçunun adı "canavarlar"ın yeni idman direktoru Frederik Massarinin qısa siyahısına düşüb.

2024/25 mövsümündə 22 yaşlı oyunçu "Lill"in heyətində 38 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Transfermarkt futbolçunun transfer qiymətini 18 milyon avro qiymətləndirir.


Paylaş: