
"İnter"də ciddi itki
"İnter"in hücumçusu Markus Tyuram "Urava Red Daymonds"la klublararası dünya çempionatının qrup mərhələsinin oyununu buraxa bilər.
Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu "Monterrey"lə matçda (1:1) bud nahiyəsindən zədə alıb. O, 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “İnter”in "Urava Red Daymonds"la oyunu iyunun 22-də olacaq.