
Ukrayna - Azərbaycan matçının yeri bilindi
Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
AFFA-dan Sportlife.az-a verilən məlumata görə, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.